"Keşlə" həbslərlə bağlı bəyanat yaydı: "Son 5-6 oyunda..."

"Keşlə" həbslərlə bağlı bəyanat yaydı: "Son 5-6 oyunda..."
"Keşlə” klubu danışılmış oyunlarda şübhəli bilindikləri üçün həbs olunan futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı rəsmi məlumat yayıb.
Fanat.Az xəbər verir ki, klubun saytında yerləşdirilmiş bəyanatda sözügdən futbolçuların müqaviləsinə 4 gün öncə xitam verildiyi bildirilib. Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addımın atıldığı vurğulanıb:
"Keşlə Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər