"Keşlə" Məhəmməddən imtina etdi, Tçami bəyənildi

"Keşlə" Məhəmməddən imtina etdi, Tçami bəyənildi
"Keşlə" baxışa çağırdığı futbolçulardan birini göndərib. Fanat.Az xəbər verir ki, baş məşqçi Yuri Maksimov Məhəmməd Qurbanovdan imtina edib.
Baxışda olan digər futbolçu ilə bağlı isə müsbət qərar verilib. Belə ki, ukraynalı mütəxəssis Herve Tçaminin qalmasını istəyib. Kamerunlu futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Herve Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib. O, son olaraq Səudiyyə Ərəbistanın "Hacer” komandasında oynayıb, Kamerun millisində forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər