"Kərim üçün darıxıram, bir-birimizə ömürlük bağlıyıq"

"Kərim üçün darıxıram, bir-birimizə ömürlük bağlıyıq"

"Real Madrid"in xorvat yarımmüdafiəçisi Luka Modriçin "Kral klubu"nu "Əl-İttihad"a dəyişməsindən danışıb.

Fanat.Az "Sportske Novosti" 37 yaşlı Lukanın dediklərini belə çatdırıb: 

"Əlbəttə, Kərim üçün darıxıram. Biz 11 il eyni komandanın formasını geyinmişik. Nostalji hisslər keçirirəm. Serxio Ramos, Marselo, Kriştianu Ronaldu kimi dostlarım "Real"dan gedəndə necə darıxırdımsa, indi də elədir. Biz bir yerdə çox olmuşuq. Birlikdə uğurlar qazanmışıq, xüsusi münasibət formalaşdırmışıq. Bir-birimizə ömürlük bağlıyıq".

Qeyd edək ki, bu yay Sədiyyə Ərəbistanı təmsilçisinə keçən Benzema 2009-cu, Modriç 2012-ci ildə "Real"a transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər