Türkiyə millisinin və "Qallatasaray"ın yarımmüdafiəçisi Kerem Aktürkoğlu Portuqaliyanın "Benfika" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Portuqaliya klubu sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Aktürkoğlu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer "Benfika"ya 11 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu 2021-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.