Kənan Kərimov "İrəvan" üzərində qələbəni şərh etdi: "Ən böyük üstünlüyümüz..."

Kənan Kərimov "İrəvan" üzərində qələbəni şərh etdi: "Ən böyük üstünlüyümüz..."

Birinci Liqanın 10-cu turunda "Karvan" doğma meydanda "İrəvan" ı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ağ-qaralar"ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.

Kərimovun Fanat.Az-a açıqlaması belə oldu: 

"Oynun nə qədər çətin və gərgin keçəcəyini həm futbolçular, həm də biz bilirdik. Hava şəraitinin yağmurlu olması və ot örtüyünün bir o qədər də ürəkaçan olmaması matçın daha da ağır keçəcəyindən xəbər verirdi. Rəqib bizdən iki xal öndə idi. Biz də yüksək yerlər uğrunda mübarizə aparırıq. Komandamızın 3 xala nə qədər ehtiyacı olduğunu gözəl dərk edirdik. Gəncləri təbrik edirəm. Əsil xarakter göstərdilər. Bizim ən böyük üstünlüyümüz futbolçuların istəkli olmasında idi". Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər