Kəmaləddin Heydərovun federasiyasında istefa - Yeni təyinat

Kəmaləddin Heydərovun federasiyasında istefa - Yeni təyinat

Reza Mehmandust kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Azərbaycan Taekvondo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin növbəti toplantısında qəbul olunub.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

İranlı mütəxəssis tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. Onun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov təyin olunub.

Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi postuna təyinat alıb.

Kəmaləddin Heydərovun federasiyasında istefa - Yeni təyinat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər