Kazemiro həmyerlisinin müdafiəsinə qalxdı

Kazemiro həmyerlisinin müdafiəsinə qalxdı

"Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro komandanın hücumçusu Antonini müdafiə edib.

Fanat.Az xəbər verir ki, o, İngiltərə mətbuatında tənqid olunan həmyerlisi barədə formasını geyindiyi klubun rəsmi saytına danışıb:

"Antoni xüsusi futbolçudur. Onu çox yaxşı tanıyıram. Həm möhtəşəm insandır, həm də əla oyunçu. O, mümkün olan hər şeyi edir".

Qeyd edək ki, yayda 95 milyon avro qarşılığında "Ayaks"dan transfer edilən Antoni bu mövsüm MY forması ilə  21 matça çıxıb. Bu qarşılaşmalarda 5 qol vuran "sambaçı" 1 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər