Kasilyas mükafata layiq görüldü

Kasilyas mükafata layiq görüldü

"Portu”nun qapıçısı İker Kasilyas "Golden Foot – 2017” mükafatını qazanıb.

 

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "qənimət” sahibinə çərşənbə axşamı Monakoda düzənlənən tədbirdə verilib. Ulduz "çərçivə” qoruyucusu "Golden Foot”u qazanan ikinci qapıçı olub. Ötən il bu şərəfə "Yuventus”un qolkiperi Canluici Buffon layiq görülmüşdü.

 

 

Qeyd edək ki, bu mükafat yaşı 28-dən çox olan futbolçulara uğurlu karyerasına görə təqdim edilir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər