Kasilyas dünyanın ən yaxşı qapıçısının adını açıqladı

Kasilyas dünyanın ən yaxşı qapıçısının adını açıqladı

"Real Madrid"in və İspaniya millisinin sabiq "1 nömrə"si İker Kasilyas dünyanın ən yaxşı qapıçısının adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, "La Gazzetta dello sport"a belə deyib:

“Hazırda dünyanın ən yaxşı qapıçısı zədəli olsa da, Tibo Kurtuadır. Qənaətimə görə, növbəti yerlərdə Oblak, Ter Ştegen və Arrizabalaqa gəlir. Bəziləri Kepanı tənqid edir, amma o, güclü qapıçıdır. Kurtuanı əvəz etmək o qədər də asan deyil”.

Xatırladaq ki, Kurtua ciddi zədə səbəbindən uzun müddətdir oynamır. Belçikalı qolkiper İspaniya çempionatının ötən mövsümündə 31 oyun keçirib və 29 qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər