Kasilyas Buffonun yanına yollanır- AÇIQLAMA

Kasilyas Buffonun yanına yollanır- AÇIQLAMA

Mövsümün yekununda İker Kasilyasın “Portu”yla olan müqaviləsinin müddəti başa çatacaq. Madrid “Real”ının sabiq qolkiperi Portuqaliya təmsilçisiylə yeni anlaşma imzalamasa, az adam təəccüblənəcək.

 

Fanat.Az xəbər verir ki, Kasilyas artıq yeni macəra axtarışındadı. İspaniya yığmasında 167 oyun keçirmiş dünya və Avropa çempionu özü bu haqda danışıb: “Əminəm ki, A Seriyası əla variantdı. İtaliyada böyük klublar çoxdu və futbol bu ölkə üçün olduqca vacib idman növüdü. Karyeramı İtaliyada davam etdirmək istəyirəm. Canluici Buffona qarşı yenidən oynamaqdan zövq alaram”.

Qeyd edək ki, əlcək sahibi son mövsümdə Portuqaliya çempionatında 33 matça çıxıb və bunların 19-da qapısından top buraxmayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər