Kasilyas Benzemadan danışdı

Kasilyas Benzemadan danışdı

"Real"ın sabiq qapıçısı İker Kasilyas Madrid təmsilçisinin hücumçusu Kərim Benzema haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" kral klubunun sabiq qapıçısının dediklərini belə çatdırıb:

"O, sadəcə mükəmməldir. Mən həmişə bir oyunçu kimi Benzemanı bəyənmişəm, lakin o, həqiqətən də Ronaldu, Di Maria, Kaka və ya Beylin kölgəsində idi... Amma indi o, məsuliyyəti öz üzərinə götürüb. Qalan yalnız Çempionlar Liqasını qazanmaqdır. Əgər o, "Real Madrid"in kapitanı kimi bu kuboku (ÇL) qaldırarsa, o zaman, şübhəsiz ki, "Qızıl Top"a layiq görülməlidir. Vinisius və Rodriqo Benzema sayəsində belə irəliləyişə nail olublar”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər