Karlsen imtina etdi, Məmmədyarova texniki qələbə verildi

Karlsen imtina etdi, Məmmədyarova texniki qələbə verildi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərində keçirilən "Grand Chess Tour"un sonuncu mərhələsində - "Sinquefield Cup" turnirində ilk qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda qara fiqurlarlü norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Təcrübəli şahmatçımız hazırda 2 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lider 3 xal hasil edən Hans Nimanndır (ABŞ).

Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.

Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər