"Milan"ın və "Real Madrid"in sabiq baş məşqçisi Fabio Kapello koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən futbolçuların maaşlarının kəsilməsinə çağırıb.
Fanat.Az xəbər verir ki, "La Gazetta Dello Sport" 75 yaşlı mütəxəssisin dediklərini belə çatdırır:
“Peyvənddən imtina eqoizmdir. Əgər polisə peyvənd vurulması tələb olunursa, o zaman başa düşə bilmirəm ki, niyə futbolçular istisna olsun.
Peyvənd olunmamış insan cəmiyyətə zərər verir. Belə futbolçuların maaşları kəsilməlidir.
A Seriyasının dayandırılacağını düşünmürəm. Peyvənd edilmiş insanlar xəstəliyə daha rahat dözür və daha tez sağalırlar"
Xatırladaq ki, Fabio Kapello sonuncu dəfə Çinin "Tszyansu Sunin" klubunda baş məşqçi olaraq çalışıb.
Emin