Artıq bəzi ölkə çempionatlarında növbəti mövsüm start götürüb. İndiki məqamda Azərbaycan izləyicisini "hansı yarışa hansı kanalda baxmaq olar” sualı düşündürür. Fanat.Az mövzu ilə bağlı hələ bir ay əvvəl hər iki idman kanalımıza – "İdman TV” və "CBC Sport”a müraciət etmişdi. Hər ikisindən yeni mövsümün planlarının bəlli olmadığı bildirilmişdi.
Mövzu ilə bağlı yenidən kanallara müraciət etdik. "CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovdan öyrəndik ki, kanal yayım proqramında dəyişiklik etməyib. Başqa sözlə, ötən mövsüm olduğu kimi, İtaliya və İspaniya çempionatları, həmçinin, Çempionlar Liqası və Avropa Liqasına bu telekanaldan baxmaq mümkün olacaq. Əlavə olaraq, "CBC Sport” UEFA Konfrans Liqasının da yayın hüququna yiyələnib."İdman TV" ilə də əlaqə saxladıq. "Avtocavab”dakı kimi, "yeni
mövsümün planları hələlik bəlli deyil” deyə bildirdilər.
Maraqlıdır, nə vaxt bəlli
olacaq? Mövsüm yarılanandan sonra?
Mirağa