Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone karyerasını “Olimpik Marsel”də davam etdirəcək.
Fanat.Az Liqa 1 klubunun mətxbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə “Uotford”undan alınan 22 yaşlı oyunçu ilə müddəti açıqlamayan müqavilə imzalanıb.
Bu keçid Fransa təmsilçisinə bonuslar da daxil olmaqla 17,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Kone 2023-cü ilin əvvəlində "Monreal"dan "Uotford"a keçmişdi. Ötən mövsüm Çempionşipdə 42 matça çıxan orta xətt oyunçusu 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kanada millisinin heyətində 21 oyunda iştirak edərək 2 qola imza atıb.