Portuqaliya çempionatında XII turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, yığmamızın üzvləri - Kamran Ağayevlə Emin Mahmudovun formasını geydiyi "Boavişta" səfərdə "Pasoş Fereyra"nın qonağı olub.
Matçın 18-ci dəqiqəsində "Boavişta" hesabda geri düşüb. Kamran Ağayevin çıxışda səhvə yol verməsi komandasına baha başa gəlib. 27-ci dəqiqədə Ağayev bu dəfə müdafiəçilərin səhvindən sonra qapısında qol görüb, vurulan zərbəyə də ümumiyyətlə reaksiya verə bilməyib. "Boavişta" bu qollardan yalnız birinin əvəzini çıxıb. 55-ci dəqiqədə təyin edilən penaltidən sonra hesab 1:2 olub.
Start heyətində yer alan Kamran sonadək meydanda olub. Emin isə 57-ci dəqiqədə Samunu əvəzləyib.
Bu oyundan sonra Kamranın komandası 13 xalla elə 13-cü pillədə qərarlaşıb.
Fanat.Az