Kamran Quliyev türk kanalına danışdı

Kamran Quliyev türk kanalına danışdı
"Neftçi"nin prezidenti Kamran Quliyev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticəsinə əsasən, "Qalatasaray"a rəqib olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Türkiyənin "Bein Sports" telekanalına danışan klub  rəhbəri iki qardaş ölkənin ən böyük komandalarının qarşı-qarşıya gələcəklərini söyləyib:
 
"Çox sevindik. Dünyada yayılan koronavirus  səbəbindən bu qarşılaşma azarkeşsiz keçiriləcək. Azarkeşlər olmayacağı üçün təəssüflənirik. Mükəmməl bir matç olacaq. İnanıram ki, bu görüş tarixə düşəcək. Hər iki komandanın oyundan əvvəl şansı 50-50-yədir. "Qalatasaray"ı evimizdə qəbul edəcəyik. Onların gücünə və tarixinə hörmət edirik, amma biz də  83 illik klubuq. Bu qarşılaşmadan  gözləntilərimiz böyükdür. Turu keçmək istəyirik".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər