Rusiya Milli Futbol Liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb. Sözügedən kollektiv Voronejdə yerli “Fakel”i 1:0 hesabıyla yenib. Xabarovsk klubunun "Ximki"dən cari mövsümün sonunadək icarəyə götürdüyü Kamran matçın 52-ci dəqiqəsində forma şansı qazanıb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də oynayır. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş Qarayev bu görüşdə 51-ci dəqiqədə meydana çıxıb. “SKA-Xabarovsk” 17 turdan sonra 31 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.