Kamran 3 qol "yedi", xala sevindi

Kamran 3 qol "yedi", xala sevindi

“Boavişta” Portuqaliya çempionatında növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun klubu 17-ci tur çərçivəsində lider “Benfika”nın qonağı olub.

 

Matçın ilk yarısı qonaqların 1:3 hesablı qələbəsiylə başa çatsa da, meydan sahibləri ikinci yarıda iki top vurmağı bacarıb – 3:3.

 

Kamran 75-ci dəqiqədə “sarı” alıb. “Boavişta” səfər bərabərliyindən sonra xallarının sayını 21-ə çatdırıb. Milli üzvlərinin komandası turnir cədvəlində 11-ci pillədədi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər