Joze Alesio da Silva: "Məni ən çox sevindirən məqam..."

Joze Alesio da Silva: "Məni ən çox sevindirən məqam..."

"Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər".

 

Fanat.Az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvaya məxsusdu.

 

Bu gün Serbiyada meydan sahibləri ilə yoldaşlıq görüşünə çıxan təmsilçimiz 2:1 hesablı qələbə qazanıb. Braziliyalı çalışdırıcı "azfutzal.az"a açıqlamasında zəfəri dəyərləndirib: "Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdi ki, bu qarşılaşmada da bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər