"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo İngiltərə Premyer Liqasının 19-cu turunda - "Aston Villa" ilə matçda (3:1) penaltidən 2 qol vurub.
Fanat.Az xəbər verir ki, o, bir il ərzində "nöqtə"dən 10-cu dəfə rəqib qapısına yol tapmağı bacarıb.
Bu nəticə ilə Jorjinyo "Aston Villa"nın baş məşqçisi Stiven Cerrardı geridə qoyub.
Cerrard 2014-cü ildə "Liverpul" formasıyla 9 dəqiq penalti yerinə yetirmişdi.
Nihat