İvanoviç İngiltərəyə qayıdır - Yeni klubu

İvanoviç İngiltərəyə qayıdır - Yeni klubu
"Zenit"in müdafiəçisi Branislav İvanoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az Novosti.rs saytına istinadən xəbər verir ki, İvanoviç "Everton"la anlaşmaq üzrədi. Hazırda danışıqların yekun mərhələsi gedir.
36 yaşlı futbolçunun "Zenit"lə müqaviləsi 31 iyulda başa çatacağından, "Everton" keçidə görə xərcə düşməyəcək.
İvanoviç daha öncə 2008-2017-ci illər aralığında Premyer Liqada "Çelsi" formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər