"Real Madrid"in müdafiəçisi Dani Karvahal həmklubu Kərim Benzemadan danışıb.
Fanat.Az xəbər verir ki, o, AS nəşrinə açıqlamasında Fransa millisinin Əlcəzair əsilli forvardının "Qızıl top"u qazanmaq şansını belə dəyərləndirib:
"Kərim "Qızıl topun" qalibi olacağına heç kim şübhə etmir. İstənilən digər namizəd ondan çox geridədir. Ortaya qoyduğu futbol və sabitliklə buna hamıdan çox layiqdir".
Qeyd edək ki, Benzema son mövsümdə "Real" formasıyla çıxdığı 46 matçda 44 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard İspaniya nəhəngi ilə Çempionlar Liqasının, İspaniya La Liqasının və İspaniya Kubokunun qalibi adını qazanıb.
Nihat