"İsrarla Olimpiadanın keçiriləcəyini demək məsuliyyətsizlik və düşüncəsizlikdi"

"İsrarla Olimpiadanın keçiriləcəyini demək məsuliyyətsizlik və düşüncəsizlikdi"
Əvvəlcə Yaponiyanın baş naziri, ötən gün isə ölkənin Olimpiya məsələləri üzrə naziri Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına rəğmən planlaşdırıldığı tarixdə keçiriləcəyini demişdi. Həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiada ilə bağlı planlarında bir dəyişiklik olmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, BOK-un üzvü Heyli Uikenhayzer baş verənlərə münasibət bildirib:
"Bu böhran hətta Olimpiadadan da böyükdü. Növbəti üç ay bir kənara, qarşıdakı 24 saat ərzində belə nələrin baş verəcəyini bilmirik.
Bir sabiq idmançı kimi, hazırda atletlərin necə narahat olduqlarını təsəvvür edə bilirəm. Onlar məşq edə bilmir, azarkeşlərin səyahət planları yarımçıq qalıb, sponsorlar və marketoloqların bazarı məhdudlaşıb... İnsani baxımdan məsələyə yanaşsaq, israrla Olimpiadanın keçiriləcəyini demək məsuliyyətsizlik və düşüncəsizlikdi".
Uikenhayzer sabiq hokkeyçidi. O, Kanada millisinin heyətində ardıcıl 4 dəfə Qış Olimpiadasının qalibi olub.
 
Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqust tarixləri aralığında keçirilməlidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər