İspan ulduz "Fənərbaxça"da - RƏSMİ

İspan ulduz "Fənərbaxça"da - RƏSMİ

"Fənərbaxça" Roberto Soldadonun transferi ilə bağlı açıqlama yayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu ispan forvardla anlaşma əldə olunduğunu açıqlayıb.

"Klubumuz peşəkar futbolçu Roberto Soldado və klubu "Vilyarreal"la apardığı danışıqlar nəticəsində oyunçunun transferi məsələsində anlaşma əldə edib. Roberto Soldado bu gün saat 22.00-da İstanbul Atatürk Hava limanına gələcək və danışıqlar burda davam edəcək" deyə klubun rəsmi saytının yaydığı açıqlamada bildirilir. 

Qeyd edək ki, Roberto Soldado "Real"ın yetirməsidi. 2006-2008-ci illərdə klubun əsas heyətində oynayan futbolçu "Xetafe"yə 6 milyon avroya transfer olunub. 2 il sonra 10 milyon avro qarşılığında "Valensiya"ya keçən hücumçunu 2013-cü ildə "Tottenhem" 30 milyona alıb. "Vilyarreal" isə onu 2015-ci ildə 16 milyon avroya transfer edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər