Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbirdə dövlət bayrağını İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev daşıyacaq.