İslamiada: İdmançılarımız sonuncu gündə üç növdə yarışacaq

İslamiada: İdmançılarımız sonuncu gündə üç növdə yarışacaq

Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan idmançıları sonuncu - 14-cü gündə 3 növdə qüvvəsini sınayacaq.

Tokio Olmpiadasının gümüş mükafatçısı, ikiqat dünya çempionu karateçi İrina Zaretska da bu gün mübarizə aparacaq.

İdman gimnastikası 15:30. Qadınlar (final) Çoxnövçülük - komanda

Kikboksinq 11:00. Kişilər, yarımfinallar və finallar Yarımfinal: Ramal Aslanov (Low-kick, 75 kq), Anar Məmmədov (Low-kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) Final: Saqi Salehli (Full kontact, 75 kq), Elvin Ağayev (Full kontact, 86 kq)

Karate Kişilər: Pənah Abdullayev, Asiman Qurbanlı (hər ikisi +84 kq) Qadınlar: Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər