İslamiada: İdmançılarımız 13 növdə mübarizə aparacaq

İslamiada: İdmançılarımız 13 növdə mübarizə aparacaq

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, yarışların 7-ci günündə Azərbaycan idmançıları 13 idman növündə qüvvəsini sınayacaq.

Stend atıcılığı (trap, fərdi)

10:00 Tamerlan Məmmədov, Alina Rəfixanova, Aydan Babayeva, Aydan Camalova, Ramil Rüstəmzadə, Əli Hüseynli

Taekvondo

10:00 Minayə Əkbərova (46 kq), Taleh Süleymanov (80 kq), Milad Beiqi Harçeqani (87 kq)

Para-oxatma (fərdi)

10:00 Azadə Abdullayeva, Şahin Cabbarov, Vüsal Kazımov, Əli Nəbiyev, Cahan Musayev

Stolüstü tennis (kişilər, 1/4 final)

10:00 Azərbaycan – Səudiyyə Ərəbistanı

Şose velosipedi (qrup ötüşməsi)

11:00 Elçin Əsədov, Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova

Ağırlıqqaldırma

12:00 Nazilə İsmayılova (45 kq)

Güləş (sərbəst və qadın güləşi)

12:30 İslam Bazarqanov (61 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq), Rahid Həmidli (125 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (62 kq), Gözəl Zutova (72 kq)

Para-atletika (hündürlüyə tullanma)

16:50 Hüseyn Həsənov

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında hazırda 13 medal var. Bunlardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb. İndiyədək ümumilikdə 56 ölkədən yarısı - 28 ölkə medal qazana bilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər