İsko komanda yoldaşının göndərilməsinə bais oldu

İsko komanda yoldaşının göndərilməsinə bais oldu

"Betis"in hücumameyilli yarımmüdafiəçisi Nabil Fekirin mövsüm bitdikdən sonra klubunu dəyişəcək. 

Fanat.Az "Lequipe"-yə istinadən xəbər verir ki, hələ yanvarda Səudiyyə Ərəbistanına köçməyə yaxın olan fransalı futbolçu ərəblərin təklifini yayda dəyərləndirəcək.

30 yaşlı dünya çempionu karyerasını sözügedən ölkədə davam etdirmək variantına isti yanaşır. Fekirin satılması "Betis" üçün çox faydalı olacaq, çünki klub maddi sıxıntılar yaşayır. 

Bundan əlavə, baş məşqçi Manuel Pelleqrini hücumameyilli yarımmüdafiəçini meydanda oxşar funksiyaları yerinə yetirən İsko ilə rəqabətə hazır hesab etmir. 

Nabil Fekir cari mövsümdə 14 oyuna çıxıb, iki məhsuldar ötürmə edib. "Betis" futbolçunun satışından təxminən 15-20 milyon avro qazanmaq niyyətindədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər