İsko bu qış keçəcəyi klubu müəyyənləşdirdi

İsko bu qış keçəcəyi klubu müəyyənləşdirdi

"Real Madrid"in yarımmüdafiəçisi İsko "Milan"a keçməyə razılıq verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Todo Fichajes" yayıb.

Mənbə ispan futbolçunun onu sıralarında görmək istəyən daha bir klubun - "Everton"un təklifinə isti yanaşmadığını və bu qış İtaliya təmsilçisinə yollanmağı planlaşdırdığını bildirib. 

İskonun "Real"la olan müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatacaq. Madrid klubu futbolçunun satışından gəlir əldə edə bilmək üçün onunla qışda vidalaşmağı planlaşdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər