İsgəndərlinin Ermənistana getməsi üçün əngəl qalmadı

İsgəndərlinin Ermənistana getməsi üçün əngəl qalmadı

Azərbaycanlı futbolçu Ermənistan klubu ilə oyunlar üçün sifariş edilib

Albaniyanın “Eqnatiya” klubu yenicə transfer etdiyi azərbaycanlı futbolçu Vüsal İsgəndərlini UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Ermənistan “Ararat”ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarında iştirak edə bilər.

Vüsal İsgəndərli “Eqnatiya” ilə bu həftə 3 illik müqavilə bağlayıb.

Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər