İsgəndərli qol vurdu, “Eqnatiya” qalib gəldi

İsgəndərli qol vurdu, “Eqnatiya” qalib gəldi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində səfərdə “Laçi” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli bu matçın 71-ci dəqiqəsində meydana çıxıb. Komandasının ikinci qolunu da Vüsal vurub. O, 79-cu dəqiqədə fərqlənib.

"Eqnatiya" hazırda 30 xalla 1-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər