İsgəndərli komandasına qələbə qazandırdı

İsgəndərli komandasına qələbə qazandırdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində səfərdə “Dinamo” (Tirana) ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

İsgəndərli bu matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. O, əvəzlənməzdən 4 dəqiqə öncə vurduğu qolla komandasına qələbə qazandırıb.

"Eqnatiya" hazırda 37 xalla 1-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər