İrina Şeykə Ronaldo sualı: Model sirləri açdı - VİDEO

İrina Şeykə Ronaldo sualı: Model sirləri açdı - VİDEO
Supermodel İrina Şeyk Moskva dəb gecələri tədbirində iştirak etmək üçün öz vətəninə gəlib. Dünya şöhrətli ulduz İvan Urqantın şousunda qonaq olub. 
Məşhur aktyor Bredli Kuperlə sevgili olan model aparıcının bütün israrlarına baxmayaraq, sevgilisi və keçmiş sevgilisi Kriştiano Ronaldo haqqında danışmaqdan imtina edib. Bunun əvəzinə model kinoda çəkilməsindən  söhbət salıb. “Herakl” filmində rol alan İrina bu sahədə özünü inkişaf etdirmək istədiyini dilə gətirib.
 
Dəfələrlə dünyanın ən cazibədar qadınları siyahısına düşən model bəzi gözəllik sirlərini bölüşüb. O, rus hamamını sevdiyini, eləcə də ciu-citsu idman növü ilə maraqlandığını etiraf edib. Ciu-citsu idmanını İvan üzərində göstərib. Daha sonra gözü bağlı halda İvan Urqantı makiyaj etməyə çalışıb. (Publika.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər