İranda qadın azarkeşlərə bağlı qərar verilib.
Fanat.Az xəbər verir ki, iranlı qadın futbol fanatları Kambociya ilə oyunda stadiona buraxılacaq. Bu barədə ölkənin idman nazirinin köməkçisi Cəmşid Tağızadə məlumat verib.
"Qadınlar 10 oktyabrda Kambociya ilə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyununda Azadi stadionuna buraxılacaqlar" deyə Cəmşid Tağızadə bildirib.
Qeyd edək ki, İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra qadınların bir çox hüquqları kimi, stadiondan oyun izləmək hüququ da alınıb. Yasaq ilk dəfə ötən il aradan qaldırılıb və qadınlar Asiya Çempionlar Liqasının oyununa buraxılıb. Bir müddət əvvəl 6 qadın kişi geyimində stadiona girdiyi üçün həbs olunmuşdu. Yerli liqaların belə yubanmasına səbəb olan bu olaydan sonra FIFA İrana xəbərdarlıq edərək qadınların stadionlara buraxılmamasının ali futbol qurumunun dəyərlərinə ziddi olduğunu qeyd etmişdi.
Fanat.Az