İran millisinin üzvündən həmvətənlərinə açıq dəstək - PAYLAŞIM

İran millisinin üzvündən həmvətənlərinə açıq dəstək - PAYLAŞIM

İran milli komandanın aparıcı qolçusu Sərdar Azmun ölkəsində baş verən iğtişaşlarla bağlı gözlənilməz addım atıb.

Fanat.Az xəbər verir ki, o, federasiyanın və hökumətin qadağalarına baxmayaraq, "Intsagram" səhifəsi vasitəsilə etirazçıların lehinə paylaşım edib.

Azmun eyni zamanda milli komandadan qovulub -qovulmayacağının vecinə olmadığını da bildirib: “Milli komandanın qaydalarına görə, hazırkı təlim-məşq toplanışımız başa çatana qədər heç nə deməyə icazə verilmir, lakin mən daha dözə bilmirəm.

Əgər məni komandadan uzaqlaşdırmaq istəyirlərsə, bu, iranlı qadının bir tükünə qurban olsun. Bu yazının silinməsinin heç bir yolu yoxdur. İnsanları necə asanlıqla öldürmələrinə görə utansınlar. Yaşasın iranlı qadınlar”.

İran millisinin üzvündən həmvətənlərinə açıq dəstək - PAYLAŞIM Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər