Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə üç görüş reallaşıb. “Börnli” - “Vest Hem” matçı başladığı hesabla da bitib. “Lester Siti” evdə “Nyukasl”ı darmadağın edib. Günə “Kristal Pelas” – “Everton” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Bu tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı qonaq komandanın heyətində koronavirusa yoluxanların saylarının artması üzündən təxirə salınıb.
İngiltərə Premyer Liqası 16-cı tur
12 dekabr
Börnli – Vest Hem 0:0 Lester Siti – Nyukasl 4:0 Qollar: Tilemans, 38-pen; 81. Daka, 57. Meddison, 85. Kristal Pelas – Everton 3:1 Qollar: Qallaxer, 41; 90+4. Tomkins, 62 – Rondon, 70.
11 dekabr
Mançester Siti – Vulverhempton 1:0 Qol: Sterlinq, 66-pen.
Arsenal – Sauthempton 3:0 Qollar: Lakazette, 21. Edeqor, 27. Qabriel, 62.
Liverpul – Aston Villa 1:0 Qol: Salah, 67-pen.
Çelsi – Lids 3:2 Qollar: Maunt, 42. Jorjinyo, 58-pen; 90+4-pen – Rapinya, 28-pen. Gelhardt, 83.
Norviç – Mançester Yunayted 0:1 Qol: Ronaldu, 75-pen.
10 dekabr
Brentford – Uotford 2:1 Qollar: Yansson, 84. Mbeumo, 90+5-pen – Dennis, 24.