İPL-də qapıya ən çox zərbə vuran oyunçular bəllidir - Salah ikincidir

İPL-də qapıya ən çox zərbə vuran oyunçular bəllidir - Salah ikincidir

Cari mövsüm İngiltərə Premyer Liqasında  qapıya ən çox zərbə endirən futbolçuların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu göstəricidə lider "Mançester Yunayted"in hücumçusu Erlinq Holanddır. Norveçli futbolçu geridə qalan 12 turda 46 dəfə rəqib qapıçılara çətin anlar yaşadıb. "Liverpul"un misirli ulduzu Məhəmməd Salah (38) ikinci, "Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeş (36) isə üçüncüdür.

Qeyd edək ki, Holand "Mançester Siti"yə 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer olunub. Bu mövsüm İPL-də 12 oyuna çıxan 22 yaşlı Erlinq 13 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər