İnzaqiyə xəbərdarlıq olundu - Bunu bacarmasa, göndəriləcək

İnzaqiyə xəbərdarlıq olundu - Bunu bacarmasa, göndəriləcək

Milan "İnter"inin baş məşqçisi Simone İnzaqi klub rəhbərliyi ilə görüşüb.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, A Seriyasında "Bolonya"ya son məğlubiyyət (0:1) fonunda klub başbilənləri ilə komandadakı vəziyyəti müzakirə edib. 

“Neradzurri”nin rəhbərliyi İnzaqinin qarşısına bu mövsüm üçün minimum hədəf qoyub - o, A Seriyasını ilk dördlükdə bitirməyə nail olmalıdır.

Hazırda "İnter" "Milan"la ikinci yeri bölüşür - hər iki komanda 24 turdan sonra 47 xal toplayıb. Milanlılar beşinci yerdə qərarlaşan “Roma”dan cəmi üç xal çox toplayıblar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər