“İnter” səfərdə xal itirdi

“İnter” səfərdə xal itirdi

İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Verona” evdə “Salernitana”nı tək qolla məğlub edib. Səfərdə “Sampdoriya” ilə qarşılaşan “İnter” isə xal itkisi ilə üzləşib.

22 turdan sonra 59 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “İnter”in 44 xalı vardırsa, “Atalanta”, “Roma” və “Milan” 41 xal toplayıb. “Latsio”nun 39, “Torino” və “Udineze”nin 30 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 29 xalla 9-cudur.

İtaliya A Seriyası 22-ci tur 10 fevral

Milan – Torino 1:0 Qol: Jiru, 62.

11 fevral

Empoli – Spetsiya 2:2 Qol: Kambyaci, 71. Vinyato, 90+4 – Verde, 25-pen; 31.

Leççe – Roma 1:1 Qol: İbanyes, 7-öz qapısına – Dibala, 17-pen.

Latsio – Atalanta 0:2 Qol: Zappakosta, 23. Hoylund, 65.

12 fevral

Udineze – Sassuolo 2:2 Qol: Udoqi, 1. Biyol, 28 – M.Henrike, 6. N.Peres, 45+2-öz qapısına.

Bolonya – Montsa 0:1 Qol: Donati, 25.

Yuventus – Fiorentina 1:0 Qol: Rabyo, 34.

Napoli – Kremoneze 3:0 Qol: Kvaratsxeliya, 22. Osimhen, 65. E.Elmas, 79.

13 fevral

Verona – Salernitana 1:0 Qol: Nqonqe, 31.

Sampdoriya – İnter 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər