"Vulverhempton”un baş məşqçisi Nunu Eşpirintu Santu Avropa Liqasının 1/8 final mərhələsində "Olimpiakos”la ilk oyundan (1:1) sonra maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis koronavirus epidemiyasından insanların öldüyü bir vaxtda oyun keçirməyin düzgün olmadığını deyib: "Dünyada baş verənləri yaxşı bildiyimiz halda, meydanda top qovuruq. İnsanlar ölür və bu dəhşət davam edir. Biz isə futbol oynayırıq. Absurd durumdu”.
Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Vulverhempton”un futbolçusudu. "Canavarlar"ın U-23 komandasında çıxış edən forvardın əsas komandaya cəlb edilmək ehtimalı var.
Fanat.Az