İngiltərə nəhənginin kapitanı yeni ünvanda?

İngiltərə nəhənginin kapitanı yeni ünvanda?

"Mançester Yunayted"in kapitanı Brunon Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı Portuqaliyanın "Record" nəşri yayıb.

Xəbərə görə, portuqaliyalı yarımmüdafiəçi "Əl-Hilal"ın diqqət mərkəzindədir. Qış transfer dönəmində futbolçunu razı salmağı bacarmayan yarımada təmsilçisi yayda yenidən bəxtini sınayacaq. 

Qeyd edək ki, Fernandes 2020-ci ilin yanvar ayından etibarən "Mançester Yunayted"in şərəfini qoruyur.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər