"Liverpul"un yarımmüdafiəçisi və kapitanı Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-İttifaq"a keçməyi düşünür.
Mənbənin məlumatına görə, Henderson Səudiyyə klubunun təklifini qəbul etsə, maaşı "Liverpul"dakı ilə müqayisədə 4 dəfə arta bilər.
İngiltərəli yarımmüdafiəçinin "qırmızılar"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.
Xatırladaq ki, “Əl-İttifaq”a ötən həftədən etibarən Hendersonun keçmiş komanda yoldaşı, “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard başçılıq edir.
Mirağa