"Real Sosyedad"ın və Yaponiya millisinin vingeri Takefusu Kubo karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, 22 yaşlı oyunçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə MY rəhbərliyinin ümidləri doğrulda bilməyən Antonini Kubo ilə əvəzləmək istədiklərini bildirib.
Xatırladaq ki, sözügedən futbolçu 2022-ci ildən "Real Sosyedad"ın uğurları üçün çalışır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 25 matça çıxan Takefusu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.