İngiltərə nəhəngi Martinesi heyətə qatır - SON DURUM

İngiltərə nəhəngi Martinesi heyətə qatır - SON DURUM

İngiltərənin "Mançester Yunayted" klubu Niderland "Ayaks"ının müdafiəçisi Lisandro Martinesin transferi ilə bağlı razılığa gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, danışıqlarda müsbət irəliləyişlər var və keçidin reallaşmaq ehtimalı yüksəkdir.

MY ötən həftə argentinalı oyunçuya görə qarşı tərəfə 50 milyon avro təklif etsə də, rədd cavabı alımışdı.

Qeyd edək ki, Lisandro Martines 2019-cu ildən "Ayaks"da çıxış edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər