İngiltərə nəhəngi "Anderlext"in istedadını aparır

İngiltərə nəhəngi "Anderlext"in istedadını aparır

"Mançester Siti" yeni müdafiəçi transfer etmək niyyətindədir. 

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" Belçikanın "Anderlext" klubunun ispan futbolçusu Serxio Qomesi rənglərinə bağlamaqda qərarlıdır.

Xəbərə görə, 21 yaşlı istedadlı futbolçunun İngiltərə nəhənginə qoşulmaq ehtimalı yüksəkdir. 

Qeyd edək ki, Qomes "Anderlext"ə ötən yay Dortmund "Borussiya"sından transfer olunub. O, ötən mövsüm Belçika çempionatında 39 matça çıxaraq 6 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər