İngiltərə nəhəngi 19 yaşlı vunderkindi geri qaytarır

İngiltərə nəhəngi 19 yaşlı vunderkindi geri qaytarır

"Çelsi" 19 yaşlı braziliyalı istedad Andrey Santosu komandaya qaytaracaq. 

Fanat.Az xəbər verir informasiyanı "90 min" yayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu yanvarda "Vasko de Qama"dan "Çelsi"yə keçib, lakin İngiltərədə iş icazəsi ala bilmədiyi üçün icarə əsasında Braziliya klubuna qayıdıb.

Santosun Argentinada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatında Braziliya yığmasında beynəlxalq debütü onun indi iş icazəsi almaq hüququna malik olmasına şərait yaradıb. "Çelsi" gənc yarımmüdafiəçini bu yay yenidən kluba qaytarmaq üçün çalışır.

Gənc istedada may ayının sonunda istefaya göndərilən Qrem Potterin yerinə təyin olunan yeni baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında parlamaq şansı veriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər