İngiltərə nəhəngi 19 yaşlı vunderkində milyonlar ödəyəcək - Fantastik məbləğ

İngiltərə nəhəngi 19 yaşlı vunderkində milyonlar ödəyəcək - Fantastik məbləğ

Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Joau Neves karyerasını İngiltərə Premyer Liqasının top klubunda davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Mənbənin məlumatına görə, “Mançester Yunayted” 19 yaşlı portuqaliyalını sıralarına qatmaq istəyir. 

“Qırmızı şeytanlar”ın yeni sahibi Cim Ratkliff şəxsən Neveslə müqavilə imzalamaqda maraqlıdır. Potensial əməliyyatın dəyəri 117 milyon avro olaraq qiymətləndirilir. 

Joau "Benfika" akademiyasının yetirməsidir. Yarımmüdafiəçi cari mövsümdə Lissabon klubunun heyətində bütün turnirlərdə 43 matça çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər