Badmintonçumuz Edi Reski Dviçayo Belçikanın Löven şəhərində keçirilən "International Challenge" kateqoriyalı "YONEX Belgian International" turnirində iştirak edib.
Fanat.Az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi 1/16 finalda Almaniya təmsilçisi Kai Şafer üzərində 2:1 (22-24, 21-17,21-16) hesablı qələbə qazanıb.
Lakin indoneziyalı legionerin bundan artığına gücü yetməyib. Növbəti mərhələdə turnirin qalibi Ng Tze Yonga (Malayziya) 0:2 (12-21,12-21) hesabı ilə uduzan Edi mübarizəni dayandırıb.