"İndiki vəziyyətə Zinçenko və Jezus getdiyinə görə düşməmişik"

"İndiki vəziyyətə Zinçenko və Jezus getdiyinə görə düşməmişik"

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola komandasının sabiq futbolçularını - Qabriel Jezus və Aleksandr Zinçenkonu heyətinə qatandan sonra İngiltərə çempionatında liderliyi əldən verməyən "Arsenal" haqda fikirlərini bölüşüb.

Fanat.Az-ın məlumatına görə, Pep bu barədə "şəhərlilər"in rəsmi saytına danışıb:

"Qabriel və Aleksandra hər şeyin ən yaxşısını arzulayıram. Hər ikisi əla insanlardır. Bizə az kömək etməyiblər. Getmək onların öz qərarı idi. Holand və Alvares sıralarımıza cəlb olunandan sonra Qabrielin işi çətinləşmişdi. Bu, normal haldır. Ancaq indiki vəziyyətə məhz Zinçenko və Jezusun yoxluğuna görə düşməmişik".

Qeyd edək ki, 20 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində "Arsenal" 50 xalla 1-ci, 45 xalı olan MS isə 2-ci pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər